Elektron imza ilə imzalanmış sənədlərin online şəkildə yoxlanılması
Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur.“Edoc yoxlayıcı” adlanan proqram ,“.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub.SİMA Token ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını, imzaların yararlı olub olmadığını bu proqramdan istifadə etməklə öyrənmək mümkündür.
Faylı yoxlamaq üçün menyudan “Edoc Yoxlayıcı” bölməsini seçmək lazımdır.Sonra “Faylı seçmək” düyməsi ilə yoxlamaq istədiyiniz “.edoc” formatlı sənədi (SİMA Token ilə imzalanmış) yükləyib, “Yoxla” düyməsi ilə əməliyyatı davam etdirin. Fayl yoxlanıldıqdan sonra yoxlama nəticəsi barədə ətraflı məlumat alacaqsınız. İmza yararlı olduğu halda imzalanmış fayllar avtomatik olaraq yüklənəcəkdir.
Xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. “E-imza” xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə Windows əməliyyat sistemində deyil, həmçinin Linux və Mac əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.