Vətəndaşaların müraciətlərinə əsasən təyin olunan ən çox verilmiş suallar
Elektron imza nədir?
Elektron imza Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza, “elektron imza və elektron sənəd haqqında” qanuna görə, istənilən vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlə müraciət etməlidir.
Bakı ş., Üzeyir Hacıbəyov küç. 72 (“Şəbəkə” xidmətləri mərkəzi) Bakı ş., Dilarə Əliyeva küç. 185
Azərpoçt MMC-nin poçt filiallarından (yalnız bölgələrdə)
Elektron imza kartını əldə etmək üçün hansı sənədlər vacibdir?
Elektron imza kartını əldə etmək istəyən vətəndaş tək şəxsiyyət vəsiqəsilə qeydiyyat mərkəzlərinə müraciət edə, sertifikatı götürmək üçün isə mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir. Fiziki, hüquqi şəxslər və dövlət qurumlarının nümayəndələri üçün, tələb olunan sənədlər aşagıdakı linkdə göstərilmişdir. www.e-imza.az/az/pricing
Autentifikasiya nə deməkdir?
Autentifikasiya – subyekt tərəfindən təqdim edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin yoxlanması prosesidir.
E-imza kartı itdikdə nə etmək lazımdır?
E-imza kartı itdikdə imza sahibi dərhal 157 çağrı mərkəzinə zəng edərək məlumat verməli, sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ya ləğv edilməsi üçün müraciət etməlidir.
E-imza kartının Puk kodu var və mən Pinkodu unutmuşam, və ya Pin bloka düşübsə nə etməliyəm?
Start (Пуск) > All programs (Все программы) > Charismatics > Smart Security Interface > Smart Security Interface - daxil olaraq, açılan pəncərədə, müvafiq əmirləri icra etməklə Pin kodu bərpa etmək mümkündü.
E-imza kartından istifadə hüququnu digər şəxsə vermək olarmı?
E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imza yalnız həmin fərdə məxsusdur və imzalama əməliyyatını yalnız şəxsin özü apara bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (Pin kodun) digər şəxsə bildirilməsi məqsədəuyğun hesab edilmir.
E-imzanın kart oxuyucusu hansı əməliyyat sistemlərində işləyir?
Windows əməliyyat sistemlərində yoxlanılıb.
Nəyə görə sertifikatın fəaliyyət müddəti var?
Təhlükəsizlik baxımından hər bir açıq açarın istifadə müddəti sertifikatla müəyyən olunur. Ona görə də sertifikat mərkəzi sertifikatları müddətli şəkildə təqdim edir.
İki açar nəyə görə vacibdir?
Simmetrik açarla şifrələməkdən fərqli olaraq informasiyanın şifrələnməsi və deşifrələnməsi üçün asimmetrik sistemlərdə biri digərindən alınması mümkün olmayan iki müxtəlif açardan istifadə olunur. Açarlardan biri şifrələmə digəri isə deşifrələmə üçün istifadə olunur. Açıq açar ilə sistemin fəaliyyət prinsipi gizli yol ilə birtərəfli funksiyaların tətbiqinə əsaslanır.