"Elektron imza"nın mobil versiyası təqdim olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə "Kapital Bank”ın birgə reallaşdırdığı"Mobil elektron imza” layihəsinin təqdimatı keçirilib.

 Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Kapital Bank”ın rəsmiləri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, startapçılar, media nümayəndələri də iştirak edib.

"Elektron imza” virtual məkanda əl ilə imzalanmış imzayla eyni hüquqi qüvvəyə malik olan şəxsiyyət təsdiqedici vasitədir.

 Ölkədə "Elektron imza”ya olan tələbat "Mobil elektron imza” həllinin yaradılmasına zəmin yaradıb. "Kapital Bank”la birgə əməkdaşlığın nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artmasına hesablanıb.

 "Mobil elektron imza” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış innovativ həldir. Layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

 Bank sektorunda hər zaman yeniliklərə imza atan ölkənin innovativ bankı "Kapital bank” "Mobil elektron imza” layihəsinə qoşulan ilk bankdır. Bu gündən etibarən "Kapital bank” müştərilərini qısa müddət ərzində mobil elektron imza sertifikatları ilə təmin edəcək.

 Bu layihə mobil bankçılığın inkişafı ilə yanaşı, yarana biləcək bəzi neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq.

 "Mobil elektron imza”nın üstünlükləri:

  • Sənədlərin məkanından asılı olmayaraq onlayn imzalanması
  • Hər hansı tətbiqə inteqrasiyanın mümkünlüyü
  • İmzalanmış sənədlərin təhlükəsizliyi

 "Mobil elektron imza” layihəsi ənənəvi klassik metodlardan fərqli olaraq, bank xidmətlərində biznes subyektlərinin münasibətlərini yeni elektron müstəvidə qurmaq və idarəçilik sisteminin təşkilində hüquqi öhdəliklərin təsdiqlənməsi, həmçinin təhlükəsizlik faktoru üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.

7 May, 2018