QEYDİYYAT MƏRKƏZLƏRİ

Mərkəzlər sertifikat almaq üçün olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı İmza sahiblərinə xidmət göstərir.

Sifariş edəcəyi sertifikatı (Vətəndaş; Fiziki şəxs; Hüquqi şəxs; Dövlət işçiləri) və daşıyıcını (USB token) müəyyənləşdirən istifadəçi sənədlərini toplayaraq ona rahat olan aşağıdakı üsullardan birinə müraciət etməklə sifariş edə bilər.

  • www.token.sima.az saytı üzərindən online müraciət etməklə
  • Bakı şəhərində Üzeyir Hacıbəyov küç. 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzindən və Dilarə Əliyeva küç. 185 ünvanında yerləşən ofisdən;
  • Digər bölgələrdə isə “Azərpoçt” MMC-nin poçt filiallarından.

  • Müraciət etdikdən sonra 3 iş günü ərzində sifariş edilən elektron imza sertifikatı hazır olur.

    Online sifariş etdiyiniz elektron imza sertifikatını Dilarə Əliyeva küç. 185 ünvanında yerləşən ofisimizə yaxınlaşıb şəxsiyyət vəsiqənizi təqdim edərək əldə edə bilərsiniz.

    SİMA Token ilə bağlı sualınız olarsa, 157 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.